Prezident
İlham Əlievə:
Bunu yazan nə
konservativ düşüncəlidi nə də liberal, ne yaşlıdı nə də gənc, nə kasıbdı nə də
dövlətli, nə müxalifətçidir nə də iqtidar. Bunu - sən and verdiyin kimi – səni özünə ləyaqətlə xidmət etməy üçün işə götürən
Azərbaycan Xalqı bir simada yazır. Mən bunu nə inqilaba çağırış üçün, nə də səni
dəstəkləmək üçün yazıram. Mən bunu sadəcə
bir jest kimi yazıram ki, seninle olan sosial müqaviləmizin, Konstitusiyanin, həyata
keçirilməsi ilə baglı rahatsızlıglarım barəsində sən xəbərdarlı olasan. Bu
jesti sene uzadmagımın səbəbi yaqin ki sadəlövh bir fikirdən yaranır – bəlkə
sen mənim hisslərimnen tam dərəcədə xəbərdarlı deyilsən?
Sən söz
vermişdin ki, Azərbaycanda heç bir sosial qrup, təşkilat və ya xalqın heç bir
hissəsi, heç bir şəxs hakimiyyət səlahiyyətini mənimsəyə bilməz (Maddə 6); and
içmişdin ki, azad sahibkarlığı təmin edeçek, iqtisadi münasibətlərdə
monopoliyaların və haqsız rəqabətin qarşısını
alaçagsan (Maddə15). Mən özümü müasir Feodal sisteminde gorməyime çox məyus
oluram ki, burada bir qrup insanlara vassal kimi sene xidmət gösterməy şərti yerine, müəyyən biznes
hüquqları verilib. Orta əsrlərdə olduğu kimi, qanunun aliliyi olmadan,
hökmdarla vassallar arasında olan münasibət, mövcud olan bu feodal sistemində
bir yapışqan rolunu oynayır. Mən idxalda, ixracda, tikintidə, nəqliyyatda,
ticarətdə, və başqa sahələrdə paylanmiş haqqlardan tamamilə xəbərdarliyam.
Mən müraciət edirəm ki, bu Məcəllərənin altında
mənə verilən hüquqlar bərpa olunsun! Mən, vassaların gözləri düşən hər bir şeyi
zəbt etmək hüququnu yox, mənim azad sahibkarlıq və iqtisadi fəaliyyət hüququmu
(Maddə 59) vassalardan müdafiə etməyini tələb edirəm. Sən gerçəkdənmi, ürəydənmi
korrupsiyaya garşı qoydugun komediya kampaniyasına mənim inandıqımı düşunürsən? Sən məni düzgün
qiymətləndirmirsən. Mən bu aciz səylərə gülürəm və maraqla gözləyirəm.
Feodal
sistemindən dahada utancaq olarag, bu imtiyazlı qrup, coşğun var-dövlətlərini və
əxlaqsız davranışlarını açıq-aşkar büruzə
verməklə, özünü pozulmuş patrisilər kimi aparib, saray çəkişmələri ilə məni
rüsvay edir! Mən, Azərbaycanı korrupsiya
və şəffaflıq göstəricilərinə görə dünyanın bütün mümkün indikatorların ən
aşağısında görmək istəmirəm. Bu mənim başıucalıgımı əlimdən
alır, və mən öz qürurumun bərpasını tələb edirəm! Mənim qürurum məhz idman və
musiqi yarışlarında qalib gəlməklə bərpa edilə bilməz. Bu əyləncələrə sərf
olunan və patrisilər tərəfindən mənimsənilmiş var-dövlət mənə məxsusdur. Mən isə
artıq plebey deyiləm, mən qədim təfəkkürdən uzaqlaşmışam, və mənim insan xoşbəxtliyinə
olan susuzluqum məhz tamaşalarla və yaxud qladiatorlarla doymaz.
Prezident
Əliev, sən cəmiyyətin siyasi həyatında iştirak etmək huququmu qorumaqa and
içmişdin (Maddə 54); informasiya
azadlığın (Maddə 50), fikir və söz azadlığın (Maddə 47) təmin etməyə söz
verdmişdin. Mən hətta bu məsələnin tez-tez etiraz olunan və sabitlik bəhanəsi
ilə pozulan aspektlərinə toxunmuram. Sadəcə qeyd edirəm ki, müxtəlif biznes və bina açılışlarında ictimai
xeyir-dua kimi keçirilən sənin qırmızı lent kəsmə mərasimlərin, və televiziyalanmış gundəliyin həqiqətəndə mənim üçun heç bir mənalı məlumat
daşımır. Sən gündəlik işivi nümayiş etdmək üçün başqa bir yol tapmalısan; və müxtəlif bizneslərə şəxsi xeyir-dua vermək üçun
digər vasitələr tapmalısan – görünür ki, qanunun aliliyi olmadan belə
xeyir-dualara ehtiyac çoxdu! Uzun müddətdir
ki, mən, icazə verilən və Sovet İttifaqının ən yaxşı ənənələrində yayılan xəbər
və məlumatlara diqqət yetirmirəm. Onlar
nə intellektual bir informasiya daşıyır, nə də ki, hansısa bir rəyin
formalaşmasına təkan verir. Azərbaycanı yuxuda və durğunluqda saxlamaq üçün cəhd
etmək lazım deyil. Özünü aldatma ki, mən
uydurma bir həyat yaşayıram və dediklərinin hamısına inanıram. Mənim bugünümü və
gələcəyimi müzakirə etmək üçün platformaya ehtiyacım var; özümü daha yaxşı
anlamaq üçün (qərb və şərqə münasibətim, konservativ və yaxud liberal düşüncələrinə
münasibətim) bir ara lazımımdı. Mənim bir çox sualım var və onlar haqqında bir
fikir yaratmagım lazımdır. Mənə bu fikirləri hazırlamaq üçün yerin bərpası
lazımdır!
Prezident Əliev, sən
razılaşmışdin ki, mən toxunulmaz, pozulmaz və ayrılmaz hüquqlara və azadlıqlara
malikəm (Maddə 24). Mənim hüquqlarım və azadlıqlarım pulnan alınmış əyləncə ilə
kölgelənə bilməz; və, yaxşı yağlnamış “şapka” və korrupsiya maşınınla sürətləndirilən
infrastrukturun inkişafi ilə kifayət qədər təmin edilə bilməz. Mənə özümə
inanmaq lazımdır, mənə arzularımın olmagı lazımdır, mənə öz arzuma nail olmaq üçün şəxsi səylərimin
kifayət olacagına və başgalarının himayəkar
hədiyyələrindən və ya tapşlarından aslı olmayacagına inamım lazımdır. Bu inamı
təhdid edərək, mənim gələcəyimə təhlükə yaradırsan. Bu inam mənim haqqımdır!
Mən, mühafizə orqanlarına
qaydanı, məni, mənim mülkiyyətimi və azadlıqlarımı qoruyan qardaş və bacılar
kimi baxmaq istəyirəm. Mən onların qara-qorxusu altında yaşamaq istəmirəm, mən
qondarma və qeyri-qanuni narkotik və silah həbslərindən və təqiblərdən narahat
olmaq istəmirəm. Mən məhkəmədə ədalətli təhqiqatın olmasını istəyirəm. Bu
çatışmazlıqlardan yorulmuşam və bunların mövcud olması məni təhqir edir. Mən
xayiş edirəm ki, mənim təhqir və narahat olmamaq, və qara-qorxu altında
yaşamamaq hüququmu təmin edəsən!
Prezident Əliev, sən bu məsələlərin
mənim üçün nə dərəcədə vacib oldugunu anlamalısan. Mən boş qəlbnən etimadsızlıq
şəraitində, zəif qürur və daha böyük təhqir hissləri ilə artıq qala bilmərəm. Mən
sənin balaca oyununda münasibətsiz bir tərəf deyiləm, və sən qərar verə bilməzsən
ki, məni xoşbəxt etmək üçün, dünyada ən uzun bulvar və ən yüksək bayraq kifayət
olmalıdı. Mən səni buna qörə işə götürməmişəm. Mən 21-ci əsrdə yaşayıram, və
digər xalqlar ilə yanaşı öz zamanımın bir hissəsi olmaq istəyirəm. Mən dünyanın
gələcəyi, iqtisadi sistemlərin təkamülü, dinin rolu, qloballaşma və bununla
bagli problemlərin müzakirələrini başa
düşmək istəyirəm. Bunun yerinə isə, özünü və ətrafını ayırmısan bir qaranlıq
realiti şousuna, və istəyirsən ki, mən
baxım və feyz alım. Bu nagıllar və yalanlar; sınmış ümidlər və yerinə yetirilməmiş
arzular, bu mənasız çıxışlar məni yadlaşdırır. Mən sənnən azmış oğlum kimi
üzümü döndərmişəm. Səninlə mənim, Azərbaycan Xalqı ilə, arasında olan məsafə
artıq kosmikdir və məni məcbur edirsən ki, liderim olmadan müasir dövrə uyğun
bir identikliyimi və kimliyimi axtarım.
Mən səni nə təriflyirəm, nə də
gunahlandırıram – hər halda, sən verilən mühit çərçivəsində fəaliyyət göstərməli
olmusan; sən almısan, mən vermişəm, baxmayaraq ki, bəzən icəzəsiz götürmüsən. Mən
səbrli və açıqürəkli olduguma görə, hüquqa itaətlə və hakimiyyətə hörmətlə
yanaşmagıma görə bu jesti edirəm. Mən hələ ki, narahatlıqlarımı küçələrdə bir
ultimatum kimi çatdırmaq qərarını verməmişəm. Beləliklə, bu jesti edirəm. Sən
buna məhəl qoymamagı, rədd etməyi, ya da hirslənməyi seçə bilərsən. Əslində, bu
seçim səlahiyyətlərini mən sənə artıq vermişəm. Amma mən özümə bir ayrılmaz
hüquq saxlamışam. Mən yaddaşımın güvvəsi və seçiciliyini nəzərdə tuturam.
Prezident Əliev, sənin əbədiliyini mən həll edəcəyəm. Mən səni öz tariximin səhifələrinə
lazım bildiyim qədər və qərar verdiyim şəkildə qoyacagam, cünki yalnız mən bu səhifələri
yaziram, və mən, Azərbaycan Xalqı, günlərin sonuna qədər yaşayacagam. Mən sənə
bu jesti uzadıram ki, sən təklikdə düşünəsən -
mənim daimi yaddaşımda nə qədər və nə şəkildə özünə yer iddia etmək istəyirsən.
......
Səslər, nərələr get-gedə azaldı,
axirda heç kəs qalmadı. Dədə Qorqud köksün oturdu, acı-acı agladı, yaniq ciyərini
dagladı. Gördü qara mahud şalvarlı bir oglan məzar qzir.
- Oglan,
nə qazirsan belə?
Oglan gözucu Qorquda baxdı,
laqeyd-laqeyd dedi:
- Sənə
gor qazıram, Dədə. Gördün ki, əcəldən qaçmaq olmaz? Gor da hazırdır. Di gəl
gir!
Dədə Qorqud atdan düşdü, daha
ölümdən qaçmaga heyi qalmamışdı. Dədə ala ilan gördü, amma heç qımıldamadı, tərpənmədi,
barmaqlarını qopuzun simlərinə çəkdi, telləri dilləndirdi, çalgısının sədaları
altında sözünü dedi:
- Hani dediyim bəy ərənlər? Dünya mənim
deyənlər? Əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı! Gəlimli-gedimli dünya,
son ucu ölümlü dünya! Qoca Qorqud ölür oldun, onu bil! Karvan getdi, sən
gecikdin, onu bil! Əl-aqibət uzun yaşın ucu ölüm, axırı ayrılıqdır...onu bil...
No comments:
Post a Comment